Hadisə

Bakıda 48 yaşlı kişini naməlum avtomobil vurub qaçdı

16 Aprel 2019 20:14
0 Şərh     Baxış: 530

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində baş verib.

1971-ci il təvəllüdlü Əfəndizadə Fuad Tofiq oğlu "Qafqaz" otelin qarşısında naməlum avtomobil tərəfindən vurulub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.