Hadisə

Xaçmaz sakini süni göldə batıb

14 Aprel 2019 09:19
0 Şərh     Baxış: 735

Xaçmaz sakini süni göldə batıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Maşıoba kəndində 1961-ci il təvəllüdlü Ərəbov İlham Mail oğlunun meyitinin süni göldən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu İ.Ərəbovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.