Hadisə

Bakıda amerikalı həmkarı tərəfindən döyülən müəlimin əri: “Saçından tutub ayağının altına saldı”

13 Aprel 2019 17:27
12 Şərh     Baxış: 2 110

Milli.Az xəbər verir ki, Bakıda "British school College"də adı davada hallanan Aidə Əsədova həyat yoldaşı Rəfael Əsədov baku.ws-ə hadisə barədə ətraflı məlumatlar verib.

O bildirib ki, əslində, baş verən hadisədə onun həyat yoldaşının heç bir günahı yoxdur.

"Yoldaşım kollecdə olarkən dəhlizdə müəllim yoldaşı ilə söhbət edirmiş Qəfil Coandra Hollis Conu onlara yaxınlaşıb və yoldaşımdan yanında olan şəxsin kim olduğunu soruşub. Danışıq zamanı onlar arasında mübahisə düşüb. Amerikalı qadın yoldaşımın saçından tutdu və onu ayağının altına salaraq sürüyüb və vəhşicəsinə döyüb. Yoldaşımın gözü şişib, bərk əzilib", - Rəfael Əsədov bildirib.

O deyib ki, bu barədə polisə də şikayət ediblər, Amerika səfirliyinə də bildiriblər.
Qeyd edək ki, Bakının elit kollecində müəllimlər arasında əlbəyxa dava olub.
Hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən "British school College"-də işləyən müəllimələr - 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Conu arasında münaqişə baş verib.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    Tənqidçi · 13 Aprel 17:54131

    Bizim ki,cəzalanacaq....amerikalıya bəraət veriləcək....köhnə adətimiz )))))

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 13 Aprel 17:5472

    Bu Coandranın üzünə bir bax. Xeyirli bir şey olsaydın buralara gəlib çıxmazdın.

    Cavab yaz
  • Anonim
    İnanna. · 13 Aprel 17:5510

    Saçyolduyla başlayıb mədəni şəkildə həll etsinlər indi.Ziyalı adamlardı:)))

    Cavab yaz
  • Anonim
    Bahar · 13 Aprel 18:29131

    Amerikanın atxod müəllimlərini bura gətirəndə belə də olmalıdı!Amerikada məktəb yoxdu bəyəm müəllimləri bura gəlib dərs deyir.

    Cavab yaz
  • Anonim
    Fizuli Şirvanlı · 13 Aprel 18:3270

    günorta 28 tərəfdə idim, özümü bir anlıq hansıza ərəb ölkəsində hiss eddim, bu gedişlə mərkəzi satacıq ərəblərə, köçəcik masazır günəşli tərəflərə.

    Cavab yaz
    • Anonim
      Ququ · 13 Aprel 18:4700

      Pisixdi paxıldı yəqin

      Cavab yaz
  • Anonim
    QQ · 13 Aprel 18:3882

    Bu məktəbdə olmuşam.Biz də uşaqları bu məktəbə qoymaq istımişdik.Hər cer şəraiti olan çox da bahalı təhsil sisteminə malik məktıbdir. Amerikalı müəllimin burda hegemonluguna isə yol vermək olmaz .Onlar öyrəşiblər müsəlmanları əzməyə.

    Cavab yaz
  • Anonim
    oxucu · 13 Aprel 18:5351

    Polan Əlamdarı çağırın, o, yüz faiz kömək edəcək.

    Cavab yaz
    • Anonim
      Mahir · 13 Aprel 19:2520

      Yasasin polad elemdar.

      Cavab yaz
  • Anonim
    Yazıq müəllimlər · 13 Aprel 19:5210

    Günahgar direktor və mühafizəçidir! Yad adamın dəhlizdə nə işi var! Həyət ola-ola!???

    Cavab yaz
  • Anonim
    Maqa Sarqazm · 13 Aprel 20:4320

    Cox qonaqperver milletik doyub doyubde ne olar muellime bow ver muelimler gununde yaddan cixar

    Cavab yaz
  • Anonim
    " · 13 Aprel 22:3310

    Əsədovanın kimləsə söhbət etməsinin Coandraya nə dəxli var?Oranın məsul vəzifəlisidi? Adi müəllimədirsə,nəyə görə kimlərinsə söhbətinə qarışır?Elə bil məktəbə yox,qaydasız döyüşə gəlib.Bu müəllim şagirdlərə hansı nümunəni göstərə bilər?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.