Hadisə

Abşeronda sabah toya hazırlaşan ailənin evini başına uçurdular - FOTO

12 Aprel 2019 20:17
6 Şərh     Baxış: 4 357

Abşeron rayonunun icra hakimiyyətinin Saray qəsəbəsində sabah - aprelin 13-də toy mərasimi olacaq evini uçurtduraraq yerlə-yeksan etməsi barədə məlumat və fotolar yayılıb.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, məlumatda hətta gəlinin yeni gətirdiyi cehiz əşyalarını, divanı, qabları da qırıldığı da qeyd edilir. 1999-cu ildən həmin evdə yaşayan ailəyə evin sökülməsi üçün sənədlərin qanunsuz olması bildirilib. Sakin isə evin sənədlərinin qaydasında olduğunu bildirib.

Hətta sənədsiz olsa belə, evin toydan bir gün əvvəl sökülməsi sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Evin sökülməsi ilə bağlı göstərişin isə icra başçısı İradə Gülməmmədova tərəfindən verildiyi bildirilib.

Evi dağıdılan Rəsul Hüseynov baş verən hadisə ilə bağlı açıqlama verib.

R.Hüseynov demokrat.az-a açıqlamasında bildirib ki, sənədləri olduğu halda Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri onun evini uçurdub:

"Mənim əlimdə məhkəmənin qərarı və evimin sənədi var. Daşınmaz Əmlak İdarəsindən sənəd almışam. Onlar mənim evimi qanunsuz şəkildə uçurdublar. Əslində, onların qanunsuz dedikləri ev qonşu ərazidə yerləşir. İcra nümayəndələri də bunu bilirdilər. Sadəcə olaraq, Hilal Nəcəfov adlı icra nümayəndəsi dəfələrlə məndən evin uçurulmaması üçün 15 min manat rüşvət, 4 sot isə torpaq sahəsi istəyirdi. Hələ üstəlik də əlavə 1000 manat da onlara "şirinlik" verməli idim. Mənə dedilər ki, bu pullar Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə bölüşüdürüləcək. Hətta, icra məmurları mənə 10 gün möhlət vermişdi ki, gedim həmin 15 min manat pulu tapım onlara verim. Bütün bunları sübut edəcək səs yazılar da var".

Zərərçəkmiş deyib ki, Hilal Nəcəfov adlı şəxs ondan 15 min manat vəsait və 4 sot torpaq tələb edib:
"Onlar təkcə məndən bunu tələb etmirlər. Qonşumdan da 3 sot torpaq alıb hasar çəkiblər. Mənə xəbərdarlıq etdilər ki, əgər onların istədiklərini verməsəm, evimi uçurtadacaqlar. Bütün bu danışıqlara şahidlik edən adamlar var. Lazım olsa, onlar da məhkəmədə ifadə verəcəklər".

R.Hüseynov hazırda evinin uçurulmuş vəziyyətdə olduğunu söyləyib.

Bizimyol.info məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət edib. Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ev məhkəmənin qərarı ilə sökülüb. "Əvvəlcə qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən söküntü işləri aparılmır. Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib. Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmədə baxılıb. İddiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib. Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən, Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilmişdir. Bundan sonra qarşı tərəf məhkəmənin qətnaməsindən müvafiq instansiyalara müraciət etsə də yenə də qətnamə qüvvədə saxlanılıb. Nəticədə məhkəmə icraçıları tərəfindən qanunsuz tikili sökülmüşdür. Abşeron Rayon İcra Hakimiyyəti olaraq bir daha bildiririk ki, RİH tərəfindən hər hansı bir söküntü işləri aparılmır. Təəssüf ki, vətəndaşların bəziləri "məhkəmə icraçıları" deyəndə Rayon İcra Hakimiyyəti kimi başa düşür".

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Şərhçi · 12 Aprel 21:27100

    Evin sənədləri qaydasındadırsa niyə sökülüb və yaxud sənədsiz yerdə necə ev tikib yaşayıb?Vaxtında niyə nəzarət olmayıb?Damından., daşından da görünürki köhnə tikilidir.Qanunsuzdursa bu vaxta kimi niyə sökməyiblər? Suallar çoxdu.Yazıq vətəndaş dişi, dırnağıyla ev tikib niyə uçurdurlar yuvasını.Hörmətli Milli.az,araşdırıb işin əsli nədirsə işıqlandırın.

    Cavab yaz
  • Anonim
    qonaq · 12 Aprel 21:57130

    o boyda evi qanunsuz tike bilerdi? temir ucun qapiya 2 kubik 1 vedre torpaq token kimi polis,icra numayendesi,belediyye gelirler dilenmeye "wirinliye"

    Cavab yaz
  • Anonim
    Mayis · 12 Aprel 22:1660

    Ümumiyyətlə kişi xeylağı olan müəssəyə qadının rəhbər olması ağıl kəsb edən bir işdeyil. Ancaq kimin haqlı kimin haqsız olacağına təkcə Uca ALLAH qərar verə bilər. Onsuzda bu dünyadan əməllərimizdən başqa heç nə aparmırıq. ALLAH səbr versi!

    Cavab yaz
    • Anonim
      Ramin · 13 Aprel 07:1430

      Vewilikdi bu cinayetdi bu

      Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 13 Aprel 09:5230

    Bu evi sökənlərin də sökdürənlərin də evləri başlarına uçsun. Bu boyda qanunsuz tikili olur?

    Cavab yaz
    • Anonim
      99999 · 13 Aprel 18:5410

      O söküntüyə əmr verənin evini də allah uçursun başına

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.