Hadisə

"Diqlas"ın zirzəmisində yanğın söndürülür - VİDEO - FOTO

26 Mart 2019 16:20
0 Şərh     Baxış: 2 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Diqlas" ticarət mərkəzinin zirzəmisində yanğının söndürülməsi işləri davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, ticarət mərkəzinin binasındakı yanğın məhdudlaşdırılsa da, zirzəmidə söndürülmə işləri davam edir. Zirzəminin bir hissəsi yanğından mühafizə olunub. Yanğın sahəsi 2 hektardan artıqdır.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyəti, 20-dən artıq texnikası cəlb edilib.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən, tikinti materialları, geyim əşyaları yanıb.

Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.