Hadisə

Malları yanan sahibkarlara kompensasiya ödəniləcək? - AÇIQLAMA

26 Mart 2019 12:44
1 Şərh     Baxış: 4 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər bir malın sahibi öz mallarını sığortalatdırmalıdır".

Milli.Az "Marja"ya istinadən xəbər verir ki, bunu "Diqlas" ticarət mərkəzindəki yanğınla bağlı jurnalistlərə açıqlama verən hallar naziri Kəmaləddin Heydərov bildirib.

"Dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil. Bura özəl ticarət mərkəzidir. Hər bir dükan sahibi öz dükanını və mallarını sığortalatdırmalıdır. Mən kompensasiyaya qərar vermirəm. İndi işimiz yanğını söndürməkdir",- nazir deyib.

Qeyd edək ki, dövlət rəsmiləri Bakıda yanğının baş verdiyi əraziyə gəliblər.

Hazırda fövqəladə hallar naziri general-polkovnik Kamələddin Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov və digər rəsmilər hadisə yerindədirlər. 

Hazırda Bakının 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" Ticarət Mərkəzində başlayan yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.