Hadisə

Kəmaləddin Heydərovdan dəhşətli yanğınla bağlı AÇIQLAMA

26 Mart 2019 11:53
0 Şərh     Baxış: 3 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakının Nizami rayonunda ticarət və digər təyinatlı obyektlərin olduğu ərazidə baş vermiş yanğınla bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ticarət mərkəzindəki yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib, əks halda hadisənin qarşısını almaq çox çətin olardı: "Çünki ticarət mərkəzinin binasının bayır hissəsinin üzləndiyi alkopon materiallar yanan maddələrdir".

K.Heydərov bildirib ki, yanğın artıq məhdudlaşdırılır.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.

Yanğın davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.