Hadisə

Ticarət mərkəzindəki yanğına görə Qara Qarayev prospektində tıxac yarandı

26 Mart 2019 10:19
0 Şərh     Baxış: 1 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O bildirib ki, ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hazırda yolda hərəkət məhdudlaşdırılıb: "Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının 8-ci km qəsəbəsindəki "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə yerinə 10-dan çox yanğınsöndürən briqada və helikopter cəlb olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.