Hadisə

"Diqlas"da yanğın söndürüldü, hazırda söküntü işləri aparılır - VİDEO - FOTO - YENİLƏNİB

26 Mart 2019 17:28
17 Şərh     Baxış: 30 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:28

Bakının Nizami rayonundakə "Diqlas" ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda kəşfiyyat, soyutma, tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü işləri aparılır.

Qeyd edək ki, yanğın təqribən saat 08:12-də baş verib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 100-dən çox şəxsi heyət, 20-dən artıq texnika, o cümlədən 3 helikopter cəlb edilib.

Yanğın sahəsi 2 hektardan artıqdır.

Ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən, tikinti materialları, geyim əşyaları yanıb.

Hadisə zamanı yanğınsöndürmə briqadasının bir əməkdaşı xəsarət alıb. O, sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemi olmayıb. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına ciddi nəzarət olunmadığından yanğın geniş şəkildə yayılıb.

İlkin məlumata görə, yanğın gül dükanından başlayıb. Araşdırmalardan sonra yanğının səbəbi məlum olacaq.

---------
12:08

Paytaxtda "Diqlas" ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

---------

11:17

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövəqladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb.

Milli.Az bildirir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 yanğınsöndürmə briqadası cəlb edilib.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

Yanğın davam edir.

----------

10:40

Paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində yanğın davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib.

Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb eilib.

---------

10:06

Bakıda ticarət mərkəzində baş vermiş güclü yanğının söndürülməsinə helikopter də cəlb olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakının Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-in Aviasiya dəstəsinin helikopteri cəlb olunub.

------------

09:36

Fövqəladə Hallar Nazirliyi Bakıda ticarət mərkəzindəki güclü yanğınla bağlı məlumat yayıb.

Məlumatda deyilir: "Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək".

-----------

09:00

Milli.Az-ın əməkdaşı Elnur Quliyevin hadisə yerindən verdiyi məlumata görə, hazırda 10 yanğınsöndürən maşın fəaliyyət göstərir. 

İlkin versiyaya görə, yanğına səbəb dönərxanada baş verən qısaqapanmadır. 

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının Nizami rayonunda güclü yanğın -10

Bakının Nizami rayonunda güclü yanğın -11

Bakının Nizami rayonunda güclü yanğın -14

Bakının Nizami rayonunda güclü yanğın - 13

Bakının Nizami rayonunda güclü yanğın -12

-----------

08:45

Bakının Nizami rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsində, 8-ci km bazarının yaxınlığında qeydə alınıb.

Məlumatda bildirilir ki, həmin ünvanda yerləşən "Diqlas" ticarət mərkəzində hazırda yanğın davam edir. Ərazi sıx ticarət obyektləri ilə əhatəli olduğundan yanğının miqyasının arta biləcəyi təhlükəsi var.

Əraziyə FHN-in yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda hadisə yerində yanğının söndürülməsi işləri aparılır. 

Videonu izləmək üçün şəklə klikləyin:

Bakının Nizami rayonunda güclü yanğın

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının Nizami rayonunda güclü yanğın (2)

Videonu izləmək üçün şəklə klikləyin:
Bakının Nizami rayonunda güclü yanğın (3)

Elnur Quliyev
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.