Hadisə

Azərbaycanda yeni salınmış yol çökdü - FOTO

25 Mart 2019 16:17
1 Şərh     Baxış: 2 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlıda yeni çəkilmiş avtomobil yolunda torpaq sürüşməsi qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təpəlik ərazilərdə yol yatağının iri torpaq layları ilə birlikdə sürüşməsi avtomobil yolundan çökmələrə səbəb olub.

Sürücülərin sözlərinə görə, əvəllər kiçik çatlarla müşahidə olunan sürüşmə yağıntılardan sonra kəskin şəkildə artmağa başlayıb. Ən təhlükəli vəziyyət Yardımlının Çanaqbulaq kəndində müşahidə olunur.

Burada asfalt qatının çökməsi nəticəsində yolun hərəkət hissəsi bir metr enində qısalıb. Bu da avtomobillərin hər iki istiqamətdə hərkətini çətinləşdirir. 

"Yardımlının Çanaqbulaq kəndi ilə yanaşı, yolun Ərsilə və Arus kəndlərindən keçən hissələrində də sürüşmə aktivləşib", - sürücü Qaçay Məmmədov narahatlığını dilə gətirib.  

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yaxın günlərdə Cəlilabad-Yardımlı avtomobil yolunun qalan hissəsinin yenidən qurulmasına başlanılacaq. Bu zaman sürüşməyə məruz qalmış hissələrin də təmiri həyata keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.