Hadisə

Yolu keçmək istəyən qadınları maşın vurdu

25 Mart 2019 17:53
0 Şərh     Baxış: 1 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yolu keçmək istəyən iki piyadanı maşın vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Göyçayın Nizami küçəsində qeydə alınıb. Sözügedən küçədə hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən rayon sakinləri 38 yaşlı  Samirə Abdurəhmanova və 18 yaşlı Nigar Aslanovanı vurub. Qəza nəticəsində hər iki piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.