Hadisə

Məktəb direktoru qəza törətdi - FOTO

22 Mart 2019 14:29
0 Şərh     Baxış: 1 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quba-Qonaqkənd yolunun Təngəaltı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kənd sakini Ramil Adilovun idarə etdiyi UAZ markalı avtomobil, Rustov kənd sakini Seymur Nuriyevin "LADA Niva" avtomobili ilə toqquşub.

Hadisə nəticəsində xəsarət olmasa da avtomobillərə ciddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət bir müddət dayandırılıb.

Qeyd edək ki, R.Adilov Muçu kənd ümumi orta məktəbinin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.