Hadisə

Azərbaycanda dəhşətli qəza: sərnişinlər maşında yanaraq öldü - ADLAR - YENİLƏNİB - FOTO

22 Mart 2019 10:59
2 Şərh     Baxış: 8 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:59

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır. 

------------

09:32

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "Mercedes" markalı yük avtomobili ilə "Ford" markalı minik avtomobilinin toqquşması nəticəsində "Ford"da yanğın baş verib. 

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.