Hadisə

Bakı-Şamaxı yolunda DYP maşını aşıb, xəsarət alan var - VİDEO

20 Mart 2019 13:36
3 Şərh     Baxış: 3 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Şamaxı avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə dünən axşam saat 18:00 radələrində olub.

Belə ki, Dövlət Yol Polisinə məxsus BMW markalı avtomobil yoldan çıxaraq aşıb. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Baş İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, hadisə Bakı-Şamaxı yolunun 70-ci kilometrində baş verib:

"İlkin məlumata görə, DYP-nə məxsus avtomobilin sürücüsü idarəetməni itirib və maşın aşıb. Hadisə nəticəsində bir nəfər polis əməkdaşı xəsarət alıb".

R. Quliyev qeyd edib ki, faktla bağlı araşdırma aparılır. 

Videonu izləmək üçün şəklə klikləyin:
Bakı-Şamaxı yolunda DYP maşını aşıb, xəsarət alan var

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.