Hadisə

İsmayıllıda qəza - 2 nəfər xəsarət aldı

18 Mart 2019 18:04
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllıda avtomobil qəzası olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza bu gün günorta saatlarında qeydə alınıb. Qaraməryəm - İsmayıllı yolunda "VAZ 2107" ilə toqquşan "Mercedes" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəzada xəsarət alan 1955-ci il təvəllüdlü Qarayev Niyaz Ağalar oğlu və 1965-ci il təvəllüdlü Allahverdiyev Əkrəm Haqverdi oğlu təcili tibbi yardımla xəstəxanaya çatıdırılıblar.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hər iki şəxs hazırda reanimasiya şöbəsindədir. Onların xəsarətləri isə pnevmotoraks, çoxsaylı qabırğa sınıqlarıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.