Hadisə

Bakıda güclü külək ağacı kökündən çıxararaq maşınların üstünə atdı - FOTO

18 Mart 2019 10:40
0 Şərh     Baxış: 4 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda əsən güclü külək nəticəsində ağac iki avtomobilin üzərinə aşıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə Bakının Nərimanov rayonu, Təbriz küçəsi 105 ünvanında baş verib. Ağac "Prado" və "BMW" markalı avomobillərin üzərinə aşaraq onların damını zədələyib. Hazırda şöbənin əməkdaşları hadisə yerindədirlər.

O.Məmmədov aşan ağacın sağlam küknar olduğunu və onun kökündən çıxdığını da söyləyib.

Xatırladaq ki, hazırda Bakı və Abşeron yarımadasında güclü külək əsir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.