Hadisə

Goranboyda yolu keçən piyadanı avtomobil vurub öldürdü

17 Mart 2019 08:51
0 Şərh     Baxış: 358

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, martın 15-də saat 23 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Astara şəhər sakini G.Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Goranboy şəhər sakini Eldar Əmrahovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.