Hadisə

Gürcüstan ordusunun azərbaycanlı əsgəri: "Məni döyüblər"

11 Mart 2019 16:30
Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan ordusunda xidmət edən əsgər Kazım Qəhrəmanov Krtsanisi hərbi hissəsində döyüldüyünü iddia edir.

Milli.Az report-a istinadən xəbər verir ki, o, hərbi hissədə xidmət edən əsgərlərin ondan pul tələb etdiyini bildirib.

K.Qəhrəmanov deyib ki, pulun tələb olunmasına etiraz etdiyinə görə bir neçə nəfər tərəfindən martın 9-da serjantın gözü qarşısında döyülüb.

Azərbaycanlı hərbçi iki gün ərzində ona tibbi yardım göstərilmədiyini bildirib: "Bu gün ailəmlə əlaqə saxlamışam və hərbi hissədən evə gətirilmişəm".

K.Qəhrəmanov Marneuli rayon hərbi hissəsinə şikayətlə müraciət edib. O, tibbi müayinədən keçmək üçün xəstəxanaya çatdırılıb.

Gürcüstanın Müdafiə Nazirliyi faktla bağlı hələlik heç bir açıqlama yaymayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.