Hadisə

Bakıda 26 yaşlı gənc küçədə qətlə yetirildi

2 Mart 2019 09:59
0 Şərh     Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qətl hadisəsi törədilib.

Milli.Az bildirir ki, Yasamal rayon prokurorluğundan Trend-ə bildirilib ki, martın 1-də Yasamal rayonu, Xiyabani küçəsi, 33 ünvanının qarşısında 1997-ci il təvəllüdlü Kamil Vaqif oğlu Səttarlı şəxsi münasibətlər zəminində tanışı, 1993-cü il təvəllüdlü Emin Ələsgər oğlu Babaverdiyevi üç bıçaq zərbəsi ilə qətlə yetirib.

Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyit müayinə olunub, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, eləcə də iş üzrə digər zəruri istintaq hərəkətləri görülüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.