Hadisə

Ucarda avtomobil su kanalına aşıb, sürücü ölüb - FOTO

23 Fevral 2019 15:49
1 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucar rayonunda yol qəzası baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab magistralında baş verib.

Belə ki, Zərdab rayonu istiqamətində hərəkətdə olan "VAZ-21170" markalı avtomobil idarəetmədən çıxaraq yolkənarındakı su kanalına aşıb. Sürücünün hadisə yerində öldüyü bildirilir. Onun şəxsiyyətini hələlik dəqiqləşdirmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.