Hadisə

Gənc qadın özünü öldürmək istədi - Oğlundan üzr istəyib

21 Fevral 2019 20:28
1 Şərh     Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonu Şörəlli kənd sakini intihara cəhd edib.

Milli.Az bildirir ki, qafqazinfo-ya daxil olan məlumata görə, 1989-cu il təvəllüdlü  A.Məhərrəmova yaxınları tərəfindən yaşadığı evdə huşsuz vəziyyətdə tapılıb. Onun xeyli miqdarda psixotrop tərkibli dərman qəbul etdiyi məlum olub.

Yaxınlarının sözlərinə görə, A.Məhərrəmovanın psixoloji problemləri vardı və bir müddət idi ki, müalicə alırdı. 

İntihara cəhddən əvvəl qadın azyaşlı oğlundan onu bu addımına görə bağışlamasını istəyib. Məhz anasının sözlərini nənəsinə çatdırdıqdan sonra yaxınları qadının intihara cəhdindən xəbərdar olublar. 

Bərdə Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Bərdə sakininin vəziyyəti orta ağır olaraq qalır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.