Hadisə

“Quyruğunu dartıb apardı” - Canavarın hücumundan xilas olan kənd sakini - VİDEO - FOTO

21 Fevral 2019 19:40
0 Şərh     Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin Aşağı Göynük kəndində canavarlar mal-qaraya hücum ediblər.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını yaralayıb. Yırtıcı ailə üzvlərinin səs küyündən sonra həyətdən qaçıb. Canavarlar kənd sakini Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, yırtıcılar ona məxsus inəyi parçalayıblar. Şahin İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücum edib, lakin ev sahibi qaçaraq xilas ola bilib.

Sakinlərin sözlərinə görə, bu, canavarların Ağağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil.

Rövşanə İlyasova - Kənd sakini: "Canavar quyruğundan dartıb aparmaq istədi, inək qurtulmaq üçün çabalayanda quyruğu canavarın ağzıda keçdi".

Şahin İbrahimov - Kənd sakini: "Bu kənddə hər gün belə vəziyyət baş verir. Axşam oldusa kəndlərə, həyətlərə hücum çəkirlər. Həyətə düşmək təhlükəlidir".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Quyruğunu dartıb apardı" - Canavarın hücumundan xilas olan kənd sakini

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.