Hadisə

Qobustanda dəhşətli qəza: ailənin 3 üzvü və qohumları xəstəxanaya yerləşdirildilər - VİDEO - FOTO

18 Fevral 2019 14:40
0 Şərh     Baxış: 2 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qobustan rayonunda avtomobil qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qobustan-Sündü-Xilmilli avtomobil yolunun 2-ci kilometrliyində baş verib.

Cəyirli kənd sakini, 35 yaşlı Nemət Abduləliyevin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə "Mercedes"markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü Nemət Abduləliyev və sürücünün həyat yoldaşı 35 yaşlı İlhamə Abduləliyeva, oğlu 7 yaşlı Ayxan Abduləliyev və avtomobildə olan digər sərnişin, qohumları 42 yaşlı Mahruq Məcidova ağır bədən xəsarətləri alıblar. Yaralıların vəziyyətləri ağır olduğu üçün Şamaxı Rayon Mərkəzi Xəstəxanasına cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Qobustan Rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qobustanda dəhşətli qəza 4 nəfəri xəstəxanalıq etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.