Hadisə

Nəvə 80 yaşlı nənəsinin 3 min manatını oğurladı, tutuldu - TƏFƏRRÜAT

10 Fevral 2019 14:36
1 Şərh     Baxış: 1 214

Mingəçevirdə oğurluq hadisəsi baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb.

Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un Şirvan bürosuna verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Daglı · 10 Fevral 14:3870

    Üzün qara olsun, ay belə nəvə.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.