Hadisə

“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanıldı

9 Fevral 2019 18:23
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş "İJ-16" markalı tüfəng və ovladığı "Qırmızı kitab"a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63" markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.