Hadisə

Gürcüstanda azərbaycanlıların və gürcülərin birgə aksiyası keçirilir - FOTO - YENİLƏNİB

8 Fevral 2019 16:05
3 Şərh     Baxış: 1 430

16:05

"Qarabağ separatçısına abidə qoyulması təxribatdır və Gürcüstan-Azərbaycan münasibətlərinə ziyan vurmaq məqsədi daşıyır". 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu aksiya təşkilatçılarından olan Sevinc Hümbətova bildirib. 

Onun sözlərinə görə, erməni separatçıya Gürcüstan torpağında büstün qoyulması bu dövlət qarşı da yönəlib: "Biz büstün tezliklə götürülməsini tələb edirik". 

Politoloq Simon Kopadze çıxışında deyib ki, aksiyanın məqsədi yalnız Mixail Avaqyana büstün qoyulmasına qarşı deyil, separatçılığa da etiraz etməkdir: "Separatçıya Gürcüstanda büst qoyulması təxribatdır və abidə götürülməlidir".

Politoloq Quram Marxulia çıxışında Mixail Avaqyanın əlinin günahsız azərbaycanlı uşaq, qadın və qocaların qanına batdığını vurğulayıb: "Büstün qoyulması Gürcüstan-Azərbaycan dostluğuna qarşı yönəlib. Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!".

Deputat Azər Süleymanov qeyd edib ki, Gürcüstan azərbaycanlıların vətənidir və vətəndə separatçıya abidə qoyulmamalıdır: "Gürcüstan özü də separatizimdən əziyyət çəkir, torpaqlarının 20 faizi işğal olunub. Gürcüstanda separatçılığın təbliği, separatçıların qəhrəmanlaşdırılıb onlara abidələrin qoyulması qəbuledilməzdir".

Aksiya çıxışlarla davam etdirilir.

------------

14:55

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında Qarabağ separatçısı Mixail Avaqyana büstün qoyulmasına etiraz olaraq azərbaycanlıların kütləvi aksiyası keçirilir.

Milli.Az report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları büstün ucaldılmasını qanunsuz adlandıraraq onun götürülməsini tələb edirlər.

Aksiyada azərbaycanlı gənclər, tələbələr, iş adamları ilə yanaşı, gürcü gənclər, politoloqlar, Abxaziya müharibəsinin veteranları da iştirak edirlər.

Etirazçılar əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutublar. Onlar bildirirlər ki, Mixail Avaqyana büstün qoyulması Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək məqsədilə ermənilərin həyata keçirdiyi növbəti təxribatdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Haqq · 8 Fevral 16:2000

    Bu ermənilər düzələn deyil. Qozbeli qəbr düzəldər atalar deyib.

    Cavab yaz
    • Anonim
      jm · 8 Fevral 16:3900

      çox yumşaq səslənir

      Cavab yaz
      • Anonim
        Haqq · 8 Fevral 17:4500

        Yumsaqlıq qanımızda canımızda var. Neyləmək olar? Yaradan bizi belə yaradıb.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.