Hadisə

Gürcüstanda 5 nəfərdən ibarət azərbaycanlı ailə ağır durumda yaşayır - VİDEO

7 Fevral 2019 18:44
2 Şərh     Baxış: 784

Gürcüstanın Bolnisi rayonunun Darbaz kəndində 5 nəfərdən ibarət Əliyevlər ailəsi 5 kvadratmetr sahəyə malik çadırda yaşayır.

Milli.Az report-a istinadən xəbər verir ki, Gürcüstanın İctimai televiziya kanalı fevralın 3-də ailənin acınacaqlı şəraitdə yaşaması haqqında reportaj yayımlayıb.

Ailə əvvəllər normal şəraitli evdə yaşayıb. Ailə başçısı Nasil Əliyevin babası evi ona vəsiyyət etsə də, daha sonra ailədaxili problem yarandığından ailə həmin evdən çıxarılıb.

Nasil və Salatın Əliyeva üç yeniyetmə övladları ilə qovulduqları evin yaxınlığında özlərinin sellofan, karton və şiferlərdən düzəltdikləri çadırda yaşayırlar. Uşaqlar məktəbə getmək üçün təxminən, 2 kilometrə yaxın məsafəni qət etməli olurlar. Ev tapşırıqlarını onlar dizləri üstündə hazırlayırlar.

Bolnisi meriyası ailəyə yaşayış üçün alternativ yer təklif etsə də, Əliyevlər buna razılaşmırlar. Ailə bildirir ki, çoxmərtbəli binaya köçsələr, yeganə gəlir mənbəyi olan iribuynuzlu mal-qara təsərrüfatlarını itirə bilərlər.

Ailənin durumuna həsr olunmuş reportajdan sonra Bolnisi rayon rəhbərliyinin nümayəndələri ötən gün Əliyevlər ailəsinə yorğan, döşək, balış və digər ilkin tələbat əşyaları aparıblar.

Rayon rəhbərliyi ailəyə Darbaz kəndində digər yaşayış yeri ilə təmin olunmaqla bağlı bir daha təklif irəli sürüblər. Ailə başçısı təklifi nəzərdən keçirmək üçün bir həftə vaxt istəyib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gürcüstanda 5 nəfərdən ibarət azərbaycanlı ailə ağır durumda yaşayır

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    miris · 7 Fevral 18:4610

    Biz coox yaxsi veziyetde yasayiriq.

    Cavab yaz
  • Anonim
    . · 7 Fevral 19:3910

    Bizi kredit derdi mehv edir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.