Hadisə

Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə bağlı YENİ MƏLUMATLAR - YENİLƏNİB

24 Yanvar 2019 13:04
16 Şərh     Baxış: 7 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:04

Milli Məclisin deputatı Əsabil Qasımovun dünən İsveçrədəki qış turizm mərkəzində xizək sürərkən qəzaya uğrayan oğlunun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.

Milli.Az xəbər verir ki, bu barədə modern.az-a Milli Məclisin deputatı Əsabil Qasımovun yaxınları məlumat verib.

Bildirilib ki, deputatın 29 yaşlı oğlu Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır.

"Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb. Mərhum Elçin Qasımovun nəşinin bu gün axşam saatlarında Azərbaycana gətirilməsi gözlənilir".

Mərhumun 3 və 7 mərasiminin harada və nə zaman keçiriləcəyi barədə isə hələ ki tam məlumat yoxdur.

Xatırladaq ki, deputatın oğlu Elçin Qasımov İsveçrədə xizək qəzasına düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib. 

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

----------
12:09

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat edən oğlu 29 yaşlı Elçin Qasımovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində iş görülür.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, millət vəkilinin oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Artıq Əsabil Qasımovun böyük oğlu Taleh Qasımov cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.

Bildirilir ki, Elçin Qasımov bir neçə gün əvvəl Avropa ölkələrinə səyahətə çıxıb və İsveçrədə Alp dağlarında xizək sürərkən bədbəxt hadisə ilə üzləşib. O, atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən "Karat Holding"də şöbə müdiri vəzifəsində çalışırmış.

Qeyd edək ki, Əsabil Qasımov 79 saylı İmişli seçki dairəsindən deputat seçilib. O, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.