Hadisə

19 yaşlı tələbə qız kirayə yaşadığı evdə huşsuz tapıldı - VİDEO - FOTO

23 Yanvar 2019 12:59
0 Şərh     Baxış: 1 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə səhər saatlarında Şamaxının Şəhriyar qəsəbəsində, tələbənin kirayə yaşadığı həyət evində qeydə alınıb.

Milli.Az ARB TV-yə xəbər verir ki, 19 yaşlı Güldəstə Nəsibli təcili tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 2-ci kurs tələbəsi olan gənc qız Bərdə rayon sakinidir.

Elnarə Mehralıyeva - həkim: "Səhər saatlarında "103" xidmətinə Şəhriyar qəsəbəsindən müraciət daxil oldu. Həmin qəsəbəyə getdik. Orada dəm qazından zəhərlənmə halı müşahidə olundu. Biz gedərkən xəstə huşsuz idi. Göstərilən ilkin tibbi yardımdan sonra xəstəni reanimasiya şöbəsinə yerləşdirdik. Hal- hazırda müalicəsi davam etdirilir".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
19 yaşlı tələbə hamamda dəm qazından boğuldu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.