Hadisə

“Qaz 24”lə “06” toqquşdu: 3 nəfər ağır yaralandı - VİDEO - FOTO

23 Yanvar 2019 12:50
1 Şərh     Baxış: 1 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki şəhər Kiçik dəhnə kənd sakini, 22 yaşlı Naib Tahirova məxsus "Vaz 2106" markalı avtomobil "Qaz 24" markalı konstruksiyası dəyişilmiş avtomobillə toqquşub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə "Vaz 2106"nın sürcüsü, həmçinin Kiçik Dəhnə kənd sakinləri - 25 yaşlı Nicat Rəşidov və 23 yaşlı Novruz Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlara dərhal hadisə yerində ilkin tibbi yardım göstərilib və Şəki RMX-ya çatdırılıblar.

Reanimasiya şöbəsinə yerləşdirilən Naib Tahirova qapalı kəllə-beyin travması, Nicat Rəşidovun sağ bud sümüyünün sınığı, Novruz Yunusova isə alt dodağın cırılmış yarası diaqnozu qoyulub. Müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Qaz 24"lə "06" toqquşdu - 3 nəfər ağır yaralandı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.