Hadisə

Dumanlı hava QƏZAYA SƏBƏB OLDU: “O məni, mən də onu görmədim” - VİDEO - FOTO

22 Yanvar 2019 11:41
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzda baş verən qəzada ər və arvad xəsarət alıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində "Opel" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "VAZ" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Sürücü, Kərimli kənd sakini 63 yaşlı Alxas Mahmudov və onun həyat yoldaşı 63 yaşlı Malikə Mahmudova xəsarət alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirliblər. Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi ehtimal edilir.

Pərviz Məmmədxanov - "OPEL"in sürücüsü: "Hava dumanlı idi. O, məni, mən də onu görmədim. Bu hadisə baş verdi".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dumanlı hava QƏZAYA SƏBƏB OLDU: "O məni, mən də onu görmədim"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.