Hadisə

İdarəetməni itirən sürücü avtomobili qapıya çırpdı: 1 ölü, 1 yaralı - VİDEO - FOTO

21 Yanvar 2019 18:34
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki sakini 25 yaşlı Tərlan İsgəndərov VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və şəhərin giriş qapısına çırpılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə sürücü yerindəcə həyatını itirib.

Avtomobildə olan sərnişin Namiq İsgəndərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ilə Şəki RMX-na çatdırılıb. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:
İdarəetməni itirən sürücü avtomobili qapıya çırpdı: 1 ölü, 1 yaralı

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.