Hadisə

Bakıda sərnişin avtobusu qəza törətdi - FOTO

19 Yanvar 2019 16:17
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Report-a istinadən bildirir ki, hadisə Nobel prospektində, "AMAY" Ticarət Mərkəzinin qarşısında baş verib.

İlk qəza zamanı "Bakubus" MMC-yə məxsus 99-JH-251 dövlət nömrə nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində həm minik avtomobilinə, həm də sərnişin avtobusuna maddi ziyan dəyib.

Bu hadisədən bir qədər sonra həmin ərazidə  01-BP-868 dövlət nömrə nişanlı texniki xidməti avtomobili də səkiyə çırpılıb. Nəticədə avtomobilin təkəri partlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.