Hadisə

Gəncədə yaşayış evində partlayış - “Qolu, əli, üzü yanmışdı” - VİDEO - FOTO

16 Yanvar 2019 14:04
1 Şərh     Baxış: 1 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV xəbər verir ki, hadisə şəhərin 1 mikrorayon ərazisində bina 1, mənzil 57-də qeydə alınıb.

Milli.Az bildirir ki, 31 yaşlı Sahilə Ələsgərova yaşadığı evdə qaz sobasını yandırarkən anidən partlayış baş verib.

Rafiq Abbasov - qonşu: "Bu binada yaşayıram. Eşitdim qonşuda partlayış olub. Bizim evin aynaları da silkələndi. Düşdüm aşağı ki, görüm nə olub. Gördüm ki, qadını çıxarıblar çölə taksiyə qoyub aparırlar. Qolu, əli, üzü yanmışdı".

Ağır xəsarətlər alan qadın yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.

Şahin Quliyev - həkim: "Qadın qaz partlaması nəticəsində sifətin, boyunun, hər iki əllərin və hər iki bazu nahiyəsinin 2-ci, 3-cü dərəcəli termiki yanığı almışdır. Xəstəyə yardım göstərildi, daha sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə, yanıq mərkəzinə göndərildi".

Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Gəncədə yaşayış evində partlayış: "Qolu, əli, üzü yanmışdı"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.