Hadisə

Şamaxıda ər qəza törətdi, arvadı öldü

14 Yanvar 2019 12:01
0 Şərh     Baxış: 1 140

Şamaxıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci km-də, Meysəri kəndi yaxınlığında qeydə alınıb.

Qəbələ rayonu, Əmirvan kənd sakini, 1982-ci il təvəllüdlü Zəkərayev Dəyanət Saslan oğlunun idarə etdiyi minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1989-cu il təvəllüdlü Zəkərayeva Pərvanə Rəcəb qızı hadisə yerində dünyasını dəyişib.

Digər sərnişin, İsmayıllı rayonu, Yenikənd kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyev Orxan  Cümşüd oğlu və sürücü ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.