Hadisə

Hacıqabulda "KAMAZ" aşdı - FOTO

13 Yanvar 2019 12:04
0 Şərh     Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hacıqabul rayonu ərazisində "KAMAZ" aşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Hacıqabul rayonu ərazisindən keçən magistral yolda daş daşıyan 21 BC 781  dövlət qeydiyyat nömrəli  "KAMAZ" markalı yük maşını aşıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Sözügedən istiqamətdə qəza səbəbindən yol tamamilə bağlanıb. Yolda tıxac yaranıb və nəqliyyatın hərəkəti məhdudlaşıb.

Hadisə yerindən fotolar sosial şəbəkədə təhsil eksperti Kamran Əsədov tərəfindən paylaşılıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.