Hadisə

Şəkidə kişi sükan arxasında öldü

10 Yanvar 2019 20:54
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki rayonunda 63 yaşlı kişi sükan arxasında ölüb.

Milli.Az report-a istinadən bildirir ki, bu gün günorta saatlarında Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Məmməd Ramiz oğlu Hacıbabayev özünə məxsus minik avtomobili ilə şəhərin S.Rəhman küçəsində hərəkətdə olarkən qəfildən halı pisləşib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı dəmir qapıya dəyərək dayanıb.

Hadisə yerinə gələn Təcili Yardım Xidmətinin həkimləri tərəfindən M.Hacıbabayevin öldüyü müəyyən olunub. Onun ürək tutmasından keçindiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.