Hadisə

Şəmkirdə ağır qəza: 2 gənc oğlan öldü - YENİLƏNİB

10 Yanvar 2019 20:05
1 Şərh     Baxış: 1 447

20:05

Şəmkir rayonunda ağır yol qəzası baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Yeniabad kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Şəmkir rayon sakini, 1997-ci il təvəllüdlü Nüsrət Rzazadənin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Raul İsazadə hadisə yerində ölüb. N.Rzazadə isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

---------
19:00

Şəmkir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az report-a istinadən bildirir ki, "Mercedes-Benz" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 2 nəfər ölüb.

Hazırda onların hər ikisinin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Bakili · 10 Yanvar 19:2060

    Yenədə trafik canavari can almaqda davam edir. İnanin o vaxti hec qarabag müharibəsində bu qədər insan ölmürdü. İndi avtoqəzalarda ölənlər qədər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.