Hadisə

Masallıda çörək sexi yanıb

10 Yanvar 2019 19:07
0 Şərh     Baxış: 368

Masallı rayonunda yanğın faktı qeydə alınıb.

Milli.Az-a FHN-dən verilən məlumata görə, hadisə rayonun Boradigah qəsəbəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 36 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Bildirilir ki, tikili çörək sexi kimi fəaliyyət göstərib.

Qeyd olunur ki, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.