Hadisə

Xırdalanda işıq yanmır - “Azərişıq”dan açıqlama

10 Yanvar 2019 18:22
3 Şərh     Baxış: 2 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kənd Binəqədi və Xırdalanın bir hissəsində dünən gecə saatlarından etibarən elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Milli.Az bildirir ki, bununla bağlı qafqazinfo-ya açıqlama verən "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, güclü külək nəticəsində gecə saatlarında bir neçə elektrik xəttində problem yaşanıb:

"Güclü külək bir neçə elektrik xəttində qəza vəziyyətinin yaranmasına səbəb olub. Səhər saatlarından briqadalar tərəfindən işlər görülür. Hazırda bütün xətlər bərpa olunub. Gün ərzində bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.