Hadisə

Yanvarın 21-də nadir təbiət hadisəsi baş verəcək

10 Yanvar 2019 15:42
5 Şərh     Baxış: 1 080

2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

X.Mikayılovun sözlərinə görə, Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Rəsədxananın elmi işlər üzrə direktor müavini bildirib ki, bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq.

Qeyd edək ki, növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Elshan · 10 Yanvar 16:2400

    Neyi nadirdi bu hadisenin? Getdikce daha tez-tez rast gelinir...

    Cavab yaz
  • Anonim
    Ş R. · 10 Yanvar 17:2100

    Ay tutulmasını görə bilməyəcəmsə bu mənim üçün maraqlı deyil.

    Cavab yaz
  • Anonim
    Mahir · 10 Yanvar 18:1600

    Salam eziz serhciler necesiniz? Kefiniz ehvaliniz necedir? Size bir sualim var. Siz yer planetini cixmaq serti ile, hansi planetde yasamaq isteyerdiniz? Men sexsen marsda yasamaq isteyerdim. Bes siz?

    Cavab yaz
  • Anonim
    tima · 10 Yanvar 20:2210

    indi ay tutulmasina gore amerikaya fedey

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.