Hadisə

Bakıda ruhi xəstə anasını bıçaqladı

10 Yanvar 2019 13:11
0 Şərh     Baxış: 485

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1998-ci il təvəllüdlü Vaqif Rüstəmov Xocasən qəsəbəsində yaşadığı evdə mübahisə zəminində anası, 1973-cü il təvəllüdlü Sevinc Əliyevanı bıçaqlayıb. Ruhi əsəb xəstəsi olan Vaqif anasına 3 bıçaq zərbəsi vurub. 

S.Əliyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.