Hadisə

Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb - Biri ölkə çempionudur - FOTO - YENİLƏNİB

10 Yanvar 2019 18:02
4 Şərh     Baxış: 9 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:02

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

Mili.Az report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Qeyd edək ki, qəzada ölənlər Qasımov Coşqun Kamil oğlu, Abasov Zakir Eldəniz oğlu və Nahid Tarıverdiyevdir. Ölənlərin ikisinin xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib.
 
Qasımov Coşqun Boks üzrə respublika çempionudur.

---------
17:08

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayl 4-ə çatıb.

Mili.Az report-a istinadən xəbər verir ki, qəzada xəsarət alan 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba rayon Mərkəzi Xəstəxanasında ölüb.

----------
13:40

Quba rayonunda baş verən ağır yo-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

Mili.Az report-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov.

---------
12:36

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində baş vermiş qəzada ölənlərin ikisinin kimliyi məlum olub.

Milli.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, qəza nəticəsində Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlu dünyasını dəyişib. Onların xalaoğlu olduqları bildirilib. 

Yaralı Ramin Əlfəddin oğlu Seydəhmədovun vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında baş verən qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

-----------
10:51

Quba-Xaçmaz yolunun 5-ci kilometrliyində qəza baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 40 BS 143 nömrəli "VAZ 21010" markalı avtomobil 40 BL 944 "Ford" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər vəfat edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qubada dəhşətli qəza: ölənlər var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.