Hadisə

Bakı metrosunda problem: qatar tuneldə qaldı - YENİLƏNİB

9 Yanvar 2019 19:54
1 Şərh     Baxış: 1 921

19:54

Bakıda metroda problem yaranıb.

Milli.Az xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün saat 19.30 radələrində metronun "H.Aslanov" stansiyasında baş verib:

"Stansiyadakı yol ayrıcında texniki nasazlıq yaranıb. Nəticədə bütün xətt üzrə qatarları qəbul edə bilməyib. Bu səbəbdən qatarların hərəkətində dayanma olmasa da, intervalda 5-7 dəqiqə gecikmə olub. Hazırda problemin aradan qaldırılması ilə bağlı tədbirlər görülür".

----------
19:14

Bakı metrosunda yenə problem yaranıb.

Oxucuların Milli.Az-a verdikləri məlumata görə, bu gün axşam saat təxminən 18.50 radələrində qatar "Xalqlar dostluğu" ilə "Əhmədli" arasında 8 dəqiqə tuneldə qalıb.

"Əhmədli"yə çatdıqdan sonra qatar "Həzi Aslanov" istiqamətində də çox aşağı sürətlə hərəkət edib.

Oxucular iddia edirlər ki, qatar "Xalqlar dostluğu"ndan "Həzi Aslanov" stansiyasına 5 dəqiqəlik məsafəni 15 dəqiqəyə qət edib. 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Süleyman · 9 Yanvar 19:3370

    Bakmetropolitenə necə güclü mütəxəssislər yığılıb ki, cəmi 23 stansiyalı metronu idarə edə bilmirlər. Başqa ölkələrin şəhərlərində 300-400 stansiyalı metrolar qüsursuz işləyir. Biz ancaq lovğalanmağı yaxşı bacarırıq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.