Hadisə

Türkiyədə faciəvi şəkildə ölən Surxay 3 qız atası idi - Ölümündən bir gün əvvəl evə zəng edib

9 Yanvar 2019 18:10
3 Şərh     Baxış: 2 160

Qara dənizin Türkiyənin Samsun şəhəri sahillərində "Volgabalt 214" yük gəmisinin batması nəticəsində dünyasını dəyişən azərbaycanlı dənizçilərdən birinin Neftçala rayonundan olduğu məlum olub. 

Milli.Az report-a istinadən xəbər verir ki, meyiti sudan çıxarılan həmin şəxs Neftçala rayonunun Bankə qəsəbəsi, Taleh Xantəmirov küçəsi, ev 13 ünvanında yaşamış, 1978-ci il təvəllüdlü Məmmədəli Surxay oğlu İbrahimovdur. 

Yaxınlarının verdiyi məlumata görə, Dənizçilik Akademiyasını bitirən M.İbrahimov 20 ildən çoxdur dənizçi işləyirmiş. Üç azyaşlı qız atası gəmi kapitanının köməkçisi işləyirmiş. Qara dənizdə gəmi batmamışdan bir gün əvvəl mobil telefonla sonuncu dəfə evlə əlaqə saxlayıb. 

Mərhumun meyitinin yaxın günlərdə doğulduğu Bankə qəsəbəsinə gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, Qara dənizdə gəminin batması nəticəsində 2 azərbaycanlı ölüb. Onlardan biri M.İbrahimov, digəri isə gəmi kapitanı olan Turbat Kamil oğlu İsmayılovdur. Hazırda digər Azərbaycan vətəndaşının meyitinin axtarışları davam edir. 

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Bakili · 9 Yanvar 18:1631

    Yeqinki babat maaşi olub gəmidə. Qisməti buracanaymiş

    Cavab yaz
    • Anonim
      ...... · 9 Yanvar 23:5500

      Babat oldu oımadı sənəti, işi o imiş..Allah rəhmət eləsin.

      Cavab yaz
  • Anonim
    Anonim · 10 Yanvar 00:2500

    Allah rehmet elesin.Usaqlar qaldi atasiz.Onlari cetin heyat gozleyir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.