Hadisə

İki azərbaycanlı Kiyevdən deportasiya edildi

9 Yanvar 2019 18:24
0 Şərh     Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kiyevin "Julyanı" aeroportunda təyyarə ilə Bakıdan Kiyevə gələn üç nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Rusiya vətəndaşıdır. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, həmin şəxslər Ukraynaya gəlmə səbəblərini açıqlaya bilməyiblər. Bu zaman Rusiya vətəndaşı sərhədçilərə 200 dollar rüşvət təklif edib ki, onları ölkəyə buraxsınlar. 

Məsələ ilə əlaqədar Rusiya vətəndaşı saxlanılıb. Onun barəsində cinayət işi açılıb. 

Azərbaycanlıların isə Ukraynaya girişinə üç illik məhdudiyyət qoyulub. Onlar növbəti reyslə Kiyevdən Bakıya deportasiya edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.