Hadisə

DİN-dən tanınmış aparıcının evinin qarət edilməsi ilə bağlı məlumatlara REAKSİYA: "Bu iddialar tamamilə əsassızdır" - YENİLƏNİB

9 Yanvar 2019 19:21
5 Şərh     Baxış: 4 225

19:21

Daxili İşlər Nazirliyi (DİN) radio aparıcısı Aygün Akifin evinin qarət edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə report-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı sosial şəbəkələrdə və bəzi xəbər saytlarında reallığı əks etdirməyən məlumatlar yayılıb: "Xanım aparıcıya istinadən yayılmış həmin məlumatlarda polisin oğurluq baş verən ünvana guya gec gəlməsi, gözləmə mövqeyində durması barədə fikirlər səsləndirilib. Birmənalı olaraq bildiririk ki, bu iddialar tamamilə əsassızdır. Belə ki, ötən gün - yanvarın 8-də axşam saatlarında xanım aparıcının anası Bahar Kərimova "102-Zəng Mərkəzi" Xidmətinə müraciət edərək Abşeron rayonunun Saray qəsəbəsindəki yaşadığı evdən oğurluq olması barədə məlumat verib. Dərhal Abşeron rayon Polis idrarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu hadisə yerinə çıxıb. Xanım aparıcının yaşadığı evdən guya əvvəllər də oğurluq edilməsi barədə səsləndirdiyi iddialar da həqiqətdən uzaqdır və bu barədə özü də daxil olmaqla ailə üzvləri tərəfindən polisə heç vaxt hər hansı müraciət daxil olmayıb".

O.Mansurzadə qeyd edib ki, xanım aparıcının Azərbaycan polisinin, həmçinin müasir informasya texnologiyalarının ən qabaqcıl, özünü təcrübədə dəfələrlə doğrultmuş nümunələrindən biri kimi "102-Zəng Mərkəzi" Xidmətinin fəaliyyətinə kölgə salmaq niyyəti, ictimaiyyəti çaşdırmaq cəhdi qəbuledilməz olduğu qədər təəssüf və təəccüb doğuracaq bir hərəkətdir. Vətəndaşlar tərəfindən ən müxtəlif hüquqpozmalarla, kriminal xarakterli hadisələrlə və digər məsələlərlə əlaqədar "102" Xidmətinə gündəlik olaraq dörd min civarında və bəzən daha çox müracət daxil olur və həmin müraciətlər dərhal Nazirliyin aidiyyəti idarə və ərazi polis orqanlarına yönləndirilərək onlara operativ şəkildə reaksiya verilir, qanunvericiliyə uyğun olaraq müvafiq araşdırmalar aparılır. Ona görə heç bir dəqiqləşdirmə aparmadan, məlumatın səhihliyini, doğruluğunu ən azı bir neçə, o cümlədən rəsmi mənbələrlə yoxlanılmadan polisin fəaliyyəti barədə qərəzli, qeyri-obyektiv informasiyaların, yazıların yayımlanması qətiyyən yolverilməzdir, jurnalist və peşə etikasından kənardır".

DİN rəsmisi bildirib ki, hazırda oğurluq edən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

----------
12:38

Milli.Az bildirir ki, Abşeron rayonu, Saray qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsindəki evində oğurluq hadisəsi baş verən "ARAZ" FM-in aparıcısı Aygün Akif modern.az-a açıqlama verib.

Hazırda Ukraynada olduğunu bildirən Aygün Akif ailəsinin hadisədən dərin sarsıntı keçirdiyini bildirib:

"Reklam çəkilişləri üçün üç günlük Ukraynaya gəlmişəm. Görünür, oğrular mənim evdə olmamağımdan istifadə ediblər. Baxıblar maşınım da yoxdur həyətdə, rahat şəkildə çirkin məqsədlərini həyata keçiriblər. Hadisə günün gündüz çağı baş verib.

Oğrular mənim otağım tərəfdən dəmir barmaqlıqları çıxarıb pəncərəni açıblar və çox rahat şəkildə evə daxil olublar".

A.Akif evdən təxminən 30 min dollarlıq pul və qızıl-zinət əşyaları aparıldığını deyib:

"30 min dollardan yuxarı ziyan dəyib. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar".

Aparıcı hadisənin anası Kərimova Bahar Talıb qızı tərəfindən aşkarlandığını bildirib:

"Anam axşam təxminən 8 radələrində evə daxil olanda oğurluq baş verdiyini başa düşüb. 102-yə zəng edib, amma polis çox gec - 4 saat sonra gəlib. Maraqlıdır ki, oğrular darvazadan rahat şəkildə çıxıblar".

-----------
12:04

Bakıda daha bir jurnalistin mənzilindən oğurluq edilib.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, "Araz FM"in əməkdaşı, həmin radiostansiyanın tanınmış aparıcılarından olan Aygün Kərimova (Aygün Akif) bildirib ki, naməlum şəxs və ya şəxslər gündüz saatlarında yaşadığı evi talayıb.

O bildirib ki, artıq ikinci dəfədir ki, evindən oğurluq edilir və bu barədə polisə müraciət ünvanlayıb.

Aygün Akif ona vurulan maddi ziyanın ödənilməsini istəyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Deyanet Viravul Lenkeran · 9 Yanvar 12:2141

    Lələş bilsə öldürər oları.

    Cavab yaz
  • Anonim
    Aki2 · 9 Yanvar 13:0819

    Senin evinde o , qeder pul hardandi göresen ay dj

    Cavab yaz
    • Anonim
      Faki3 · 9 Yanvar 14:01122

      Camaat sənə hesabat zad verməlidir ki, pul hardandır, sənə nə aidiyyatı var ?

      Cavab yaz
  • Anonim
    aki2 · 9 Yanvar 19:4857

    faki 3 bes sene ne var sen bunun vekili zadisan basa dusmedim

    Cavab yaz
  • Anonim
    Namiq · 9 Yanvar 22:3938

    DJ hara 30 min dollar hara.mene catmadi.bu yeqin basqa isin sahibidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.