Hadisə

Şuşada 3 erməni dəm qazından zəhərlənərək ölüb

9 Yanvar 2019 10:13
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın işğalı altında olan Azərbaycanın Şuşa şəhərində dəm qazından zəhərlənmə nəticəsində 3 erməni ölüb, 1-i xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onların hamısı bir ailənin üzvləridir. 

Belə ki, Şuşadakı evlərdən birindən 1986-cı ildə anadan olmuş S.M. və 1990-cı ildə doğulmuş A.A. adlı ər-arvadın, onların 2014-cü ildə andan olmuş J.M. adlı oğullarının meyiti aşkarlanıb. 2011-ci ildə anada olan uşaq isə Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

İlkin məlumata əsasən, hadisə dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Qeyd edək ki, yanvarın 7-də Yerevanda da 10 nəfər dəm qazından zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib. 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.