Hadisə

“Sürətli gəlirdi saxlaya bilmədi” - Betonqarışdıran maşın iki avtomobili əzdi - VİDEO - FOTO

18 Dekabr 2018 13:32
1 Şərh     Baxış: 2 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə-Toğanalı avtomobil yolunun Hacıkənd qəsəbəsi ərazisində keçən hissəsində ağır tonnajlı yük avtomobili qəzaya uğrayıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Kəlbəcər sakini Əsgər Muradzadə betonqarışdıran yük avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə Caməddin İbarhimovun sükanı arxasında olduğu "VAZ 2107", daha sonra isə Tural Atayevin idarə etdiyi "VAZ 2106" ilə toqquşub. Nəticədə hər iki avtomobilə xeyli ziyan dəyib.

 "VAZ 2107"nin sürücüsü Caməddin İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

"VAZ 2106"nın sürücüsü Tural Atayevin sözlərinə görə, qəzaya betonqarışdıran yük avtomobilinin sürücüsünün avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub.

Tural Atayev - "VAZ2106"-ın sürücüsü: "Gəncə istiqamətindən Çaykəndə gedirdim. O da qarşıdan bərk gəlib, birinci qabaqdakı maşını vurdu sonra da keçib məni vurdu. Sürətli gəlirdi saxlaya bilmədi. Əyləci basdı saxlaya bilmədi".

Qeyd edək ki, sözügedən yolda qəza zamanı hava dumanlı olduğundan avtomobillərin hərəkətində müəyyən çətinliklər olub. Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Sürətli gəlirdi saxlaya bilmədi" - Betonqarışdıran maşın iki avtomobili əzdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.