Hadisə

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru istintaqa cəlb olunub

17 Dekabr 2018 14:19
0 Şərh     Baxış: 1 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda azərbaycanlıların yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin keçmiş qubernatoru David Kirkitadze istintaqa cəlb olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, D.Kirkitadze polis əməkdaşlarına qarşı zorakılıqda ittiham olunur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları sabiq quberantorun yaşadığı binanın qarşısında toplaşsa da, o, vəkili gəlməyənə qədər qapını açmaqdan imtina edib. D.Kirkitadze özünün polis məntəqəsinə gedəcəyini bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib ki, D.Kirkitadze zorakılıq tətbiq etməklə polisə tabe olmama maddəsi ilə araşdırılan iş üzrə istintaqa cəlb olunub.

Qeyd edək ki, D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub. O, müxalif "Güc birlikdədir" birliyi və Vahid Milli Hərəkat Partiyasının liderlərindən biridir. Ötən gün Gürcüstan prezidenti Salome Zurabişvilinin inauquraiya mərasiminin keçirildiyi Telavi şəhərinə yollanan müxalifətçilərlə polis arasında qarşıdurma baş verib. Nəticədə 10-a yaxın polis əməkdaşı xəsarət alıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.